Rusiyanın strateji raket sistemi “Sarmat” tezliklə istifadəyə veriləcək.
Bu barədə Rusiya prezidenti Vladimir Putin yaralı əsgərlərlə görüşü zamanı bildirib.
“Sarmat tezliklə xidmətə başlayacaq”, – deyə Putin vurğulayıb.
Onun sözlərinə görə, dünyada buna bənzər başqa raket yoxdur.
Qeyd edək ki, ilk “Sarmat” buraxılışı 2022-ci ilin aprel ayında Arxangelsk vilayətindəki Plesetsk kosmodromundan uğurla həyata keçirilib.




