İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalındakı Beyt Lahiya bölgəsində hədəfə dəqiq zərbə endirib.
Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zərbə HƏMAS-ın anbarına endirilib.
“İsrail əsgərlərinə və yəhudi dövlətinə dərhal hücum üçün nəzərdə tutulmuş silah və hava hücumu avadanlıqlarının saxlanıldığı obyektə zərbə endirilib”, – məlumatda qeyd olunub.




