27 yaşlı qadın göbələk yedikdən sonra öldü: Orqanları bir-bir sıradan çıxdı

Fransada 27 yaşlı qadın göbələklə hazırlanmış makaron yedikdən sonra həyatını itirib.

Bu barədə BFMTV məlumat yayıb.

Bildirilib ki, Mari-Lu adlı qadın mağazadan aldığı “ChampiBon” markalı qurudulmuş göbələkdən istifadə edib. Yeməkdən sonra onun səhhəti kəskin pisləşib. Nəticədə orqanları bir-bir sıradan çıxıb və ürəyi dayanıb.

Hadisə ilə bağlı Monpelye prokurorluğu araşdırma başladıb. Hadisədən sonra sözügedən məhsulun satışı dayandırılıb.