Kaliforniya qubernatoru Qevin Nyusom ştatdakı bütün ölüm hökmlərini şərti azadlığa buraxılmadan ömürlük həbs cəzası ilə əvəz edəcəyini açıqladı.
Sonxeber.az xəbər verir ki, bəyanatda deyilir: “Kaliforniyada bütün ölüm hökmlərini şərti azadlığa buraxılmadan ömürlük həbs cəzası ilə əvəz etmək üçün konstitusiya səlahiyyətimdən istifadə etmək qərarına gəldim”.
Nyusomun sözlərinə görə, bugünkü qərar onun siyasi karyerası boyunca apardığı ölüm hökmünə qarşı təxminən 30 illik ardıcıl mübarizənin nəticəsidir.
Qubernator Kaliforniyada ölüm hökmü gözləyən 548 məhbusun olduğunu dəqiqləşdirdi. Bu, Qərb yarımkürəsindəki bütün ölkələr arasında edam cəzasını gözləyən ən böyük məhbus sayıdır.



