Ukraynanın Sumı vilayətindən 12 uşaqdan ibarət yeni qrup reabilitasiya proqramı çərçivəsində Azərbaycana gətirilib.
Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev “X” hesabında bildirib.
“Bu il 215 nəfər olmaqla, ümumilikdə 459 ukraynalı uşaq Azərbaycanda sülh və qayğı tapıb. Dəstəyinə görə Azərbaycana minnətdarıq”, – səfir qeyd edib.
Sonuncu dəfə 30 uşaq oktyabrın 27-də reabilitasiya məqsədilə Azərbaycana gətirilmişdi.




