Xəzər rayonunda iki ev yanıb

0
361

Bakının Xəzər rayonunda iki ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bununla yanaşı, rayonda ümumi sahəsi 165 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.