2024-cü ildən bəri elektron hərrac vasitəsilə xüsusi tələbat üçün dövlət qeydiyyat nişanlarının (“qızıl nömrə”) satışından əldə edilən gəlir 6,5 milyard dram (təxminən 17,8 milyon dollar) təşkil edib.
Bu barədə Ermənistan hökumətinin noyabrın 12-də keçirilən iclasında məlumat verilib.
Ermənistan hökuməti bu vəsaitin Daxili İşlər Nazirliyinin ehtiyaclarına yönəldilməsi qərarını verib.



