Kürdəmirdə hərəkətdə olan maşın yandı

Bakı-Qazax magistralının Kürdəmir ərazisindən keçən hissəsində hərəkətdə olan avtomobil yanıb.

Hadisə rayonun Atakişili kəndi yaxınlığındakı hissəsində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan “Ford” markalı avtomobil qəfildən yanmağa başlayıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.