Ukraynanın paytaxtı Kiyev şəhərinə gecə ərzində çox sayda ballistik rake atılıb. Bu, silahlı münaqişə başlayan gündən bəri qeydə alınan rekord göstəricidir
Bu barədə “INSIDER UA” Telegram kanalı məlumat yayıb.
53 dəqiqə ərzində Ukrayna paytaxtına təxminən 40 raket düşüb. Şəhərdə yanğınlar başlayıb, səmada tüstü müşahidə olunub.
Bu rəqəmi “Monitorwar” monitorinq resursu da təsdiqləyir. Analitiklər iddia edirlər ki, Kiyev və Kiyev vilayətinə “İskander-M” operativ-taktiki raket kompleksləri ilə zərbələr endirilib, həmçinin hipersəsli “Tsirkon” qanadlı raketlərindən də istifadə olunub.




