İkiqat “Qızıl top” sahibi Kevin Kiqan vəfat etdi

İngiltərə millisinin sabiq futbolçusu, ikiqat “Qızıl top” mükafatının sahibi Kevin Kiqan 75 yaşında vəfat edib.

Bu barədə “Sky” telekanalı futbolçunun ailəsinin bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, Kevin Kiqan ömrünün son aylarında dördüncü mərhələ xərçəng xəstəliyi ilə mübarizə aparırdı. O, həyatının son anlarında həyat yoldaşı və qızlarının əhatəsində dünyasını dəyişib.

Xatırladaq ki, Kevin Kiqan iyunun 1-də BBC Sport-a verdiyi müsahibədə ona dördüncü mərhələ xərçəng diaqnozu qoyulduğunu açıqlamışdı.