32 yaşlı Rəvanə Salayevanın köməyinizə ehtiyacı var.
Bildirilib ki, Lənkəran rayon Türkəkəran kənd orta məktəbinin müəllimi Salayeva Rəvanə Ağalı qızı kəskin limfoblast leykozdan (xərçəng) əziyyət çəkir.
Xəstəyə təcili tibbi müdaxilə edilməlidir. Xəstəliyin əməliyyatı isə Türkiyədə mümkündür. Xəstənin qardaşı bildirir ki, artıq donor tapılıb: “Rəvanə artıq Türkiyədədir. Xeyirxah insanların köməyi ilə 160 min manat pul yığılıb. Bacımın sağalması üçün 10 min manat əskiyimiz qalıb. İmkanlı şəxslərdən xahiş edirəm ki, bacımın sağlamlığına qovuşması üçün bizə kömək etsinlər. İki azyaşlı övladının ona ehtiyacı var”.
Biganə qalmayan hər kəs iki uşaq anası olan R.Salayevaya dəstək göstərə bilər.
Əlaqə nömrəsi: 077 502 01 55