“Hər il olduğu kimi bu il də Azərbaycan hüdudlarından kənara gedən turistlərin sayında artım müşahidə olunur. Tələbatdan irəli gələn məsələ olduğu üçün aviabiletlərin qiymətində də müəyyən qədər artım var. Turistlər həm soyuq, həm də isti ölkələrə getmək istəyirlər. Dubay, Doha, eyni zamanda Orta Asiya ölkələrinə gedənlər də var, eyni zamanda Avropa ölkələrinə-Budapeşt, Laplandiya, Finlandiya, Skandinaviya, Roma istiqamətinə gedən turistlər də var. Amma hər il olduğu kimi Türkiyə istiqamətinə-İstanbul, İzmir, Antalyaya gedənlər çoxluq təşkil edir. Ekonom büdcəli turistlər yaxın məsafələrə, Tbilisi və Batumiyə də gedirlər”
Bunu açıqlamasında turizm eksperti Rəhman Quliyev deyib.

O daha sonra əlavə edib:
“Turistlər daha öncədən-getdikləri yerin biletlərini 4-5 ay əvvəl rezorvasiya etsələr, daha uyğun qiymətə ala bilərlər. Çeşid də daha çox olar. Məsələn, Dubay istiqamətinə indi alınan bilet 2 min dollardırsa, yeni il öncəsi artıq 3 min, 3500 dollar olacaq. Bu artım bütün istiqamətlərə şamil olunur. Çünki vaxt yaxınlaşdıqca biletlər satılır, biletlər satılanda isə yerlər tükənir. Alt siniflər satılır, üst siniflər qalır. Burada da təbii ki, aviakompaniyaların satış siyasətinə uyğun olaraq tariflərə görə qiymətlər dəyişir. Bu da qiymətlərin artımını qaçılmaz edir” deyə ekspert bildirib.




