Fransada etirazlar davam edir: Parisdə nümayişlərə məhdudiyyət qoyuldu

Paris polisi cümə axşamı və cümə günləri keçiriləcək nümayişlərə qismən qadağa tətbiq edib.

Məhdudiyyətlər tələbələrin cümə axşamına planlaşdırdığı aksiyaya da şamil olunub.

Prefektura etiraz aksiyasının keçirilməsinə icazə versə də, küçələrdə yürüş təşkil edilməsini qadağan edib.

Məhdudiyyətlər cümə gününə planlaşdırılan digər nümayişlərə də şamil olunub. Həmin aksiyalardan biri “sarı jiletlilər”, digəri isə ticarətçilərin həmkarlar ittifaqı tərəfindən təşkil edilib.

Fransada etirazlar sentyabrın sonlarında təhsil sahəsindəki problemlərlə əlaqədar yuxarı sinif şagirdlərinin nümayişləri ilə başlayıb və tədricən bütün ölkəyə yayılıb. Daha sonra nümayişçilər yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı etiraz etməyə başlayıblar.