Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin formalaşması, dövlət-vtəndaş münasibətlərinin möhkəmlənməsi və ictimai maraqların qorunması prosesində ictimai nəzarət mexanizmləri müstəsna əhəmiyyət kəsb edir. Bu baxımdan, ölkəmizdə ilk yaranan və əsası Ulu Öndər Heydər Əliyevin silahdaşları tərəfindən qoyulmuş İctimai Nəzarət Təşkilatı respublikamızın ictimai-siyasi həyatında özünəməxsus və şərəfli bir mövqeyə malikdir. 2015-ci ildə Müzəffər Ali Baş Komandanımızın çağırışları və xalqımızın milli maraqlarının müdafiəsi zərurətindən yaranan İctimai Nəzarət Təşkilatı bu gün də öz missiyasını ləqayətlə yerinə yetirir. Təşkilat ölkədə baş verən proseslərin obyektiv dəyərləndirilməsində, şəffaflığın təmin olunmasında və dövlətçiliyimizin gücləndirilməsində Prezidentimizə yaxından dəstək olur. Təəssüf ki, son dövrlərdə “ictimai nəzarət” adını qalxan edərək bu müqəddəs anlayışın mahiyyətini anlamayan, onu şəxsi maraqlarına və biznes sahəsinə çevirənlərə də rast gəlinir. Lakin həqiqi İctimai Nəzarət Təşkilatı hər zaman haqqın, ədalətin, düzgünlüyün və hər bir Azərbaycan vətəndaşının yanında olmaqla seçilir, dövlətə sədaqəti əsas amal hesab edir. Bu gün Azərbaycan gəncliyi dövlət siyasətinin mərkəzində dayanır.Ölkə Prezidentinin gənclərə göstərdiyi etimad və diqqət hər bir vətəndaşda böyük ruh yüksəkliyi yaradır. 32 yaşlı gənc vətəndaş olaraq İctimai Nəzarət Təşkilatının Mingəçevir şəhər şöbəsinin üzvü olmaq mənim üçün böyük şərəf olduğu qədər də qürurlu bir məsuliyyətdir. Bu yaşda belə ağır və şərəfli yükü üzərimə götürməyim – Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiqliyin, Müzəffər Ali Baş Komandanımızın dəmir iradəsinə və rəhbərliyinə olan sonsuz inamın təzahürüdür. Mingəçevir şəhərində ictimai nəzarətin gücləndirilməsi, qanunçuluğun və şəffaflığın qorunması istiqamətində üzərimə düşən vəzifəni layiqincə yerinə yetirəcəyəm. Əminəm ki, dürüstlük, ləyaqət və vətənpərvərlik prinsiplərinə əsaslanan bu yolda atılan hər bir addım ölkəmizin daha da qüdrətlənməsinə, cəmiyyətimizin sağlam təməllər üzərində inkişafına xidmət edəcəkdir. Dövlətimizin başçısının ətrafında sıx birləşərək, xalqımızın rifahı naminə var gücümüzlə çalışmaq bizim həm vətəndaşlıq borcumuz, həm də müqəddəs amalımızdır.
Məhəmməd Məhəmmədov
İctimai Fəal, İNT-nın Mingəçevir şəhər şöbəsinin sədri



