Rusiya Mərkəzi Bankı oktyabrın 30-u, cümə günü üçün xarici valyutaların rəsmi məzənnələrini aşağı salıb.
Bu barədə tənzimləyici qurumun mətbuat xidməti məlumat yayıb.
ABŞ dollarının məzənnəsi 20 qəpik aşağı düşüb. Valyutanın dəyəri 80,86 rubldan 80,67 rubla enib.
Avronun məzənnəsi son sutka ərzində 35 qəpik azalıb. Avropa valyutası 90,16 rubldan 89,81 rubla ucuzlaşıb.
Son sutka ərzində dəyəri artan yeganə valyuta Çin yuanı olub. Onun məzənnəsi 12,081 rubldan 12,084 rubla yüksəldilib.
Oktyabrın 29-u, cümə axşamı günü yuanın məzənnəsi gün ərzində minimum həddə enərək 12 rubldan aşağı düşüb. Bu, Moskva Birjasında avqustun əvvəlindən bəri qeydə alınan ən aşağı göstərici olub. Saat 12:30-a olan məlumata görə, Çin valyutasının məzənnəsi 12,1 rubl ətrafında olub. Həmin vaxta qədər əvvəlki ticarət sessiyasının bağlanış səviyyəsi ilə müqayisədə 7 qəpik artım qeydə alınıb. Minimum həddə isə yuanın məzənnəsi 11,99 rubla qədər enib.
“Rikom-Trast” investisiya şirkətinin baş analitiki Valeriya Popova Rusiya valyutasının 2026-cı ilin sonuna doğru mülayim şəkildə zəifləyəcəyini ehtimal edib. Buna təsir edən mühüm amillərdən biri idxala və xarici səfərlərə mövsümi tələbat olacaq. Bu amillər xarici valyutaya ehtiyacı artırır. Cari ilin sonuna qədər dolların məzənnəsi 95 rubla qədər yüksələ bilər. Bu halda avronun məzənnəsi 103 rubla, yuanın məzənnəsi isə 12,7 rubla çata bilər.



