Azərbaycanda bu xəstəliklərin müalicəsinə 200 milyon manata yaxın pul xərclənəcək

0
315

2022-ci ildə 8 xəstəliyin müalicəsi üçün dövlət büdcəsindən 187,4 milyon manat xərclənəcək. 
Sfera.az dövlət büdcəsinə dair sənədə istinadən bildirir ki, ən çox vəsait şəkərli diabet və xərçəng xəstəliyinin müalicəsi məqsədilə ayrılacaq. Şəkərli diabet xəstəliyinin müalicəsi üçün 48 milyon manat, xərçəng xəstəliyi ilə mübarizəyə 45,5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. 
Xroniki böyrək çatışmazlığı xəstəliyi ilə mübarizəyə də böyük vəsait sərf ediləcək. Bu məqsədlə ayrılan vəsait 38,8 milyon manat olacaq. 
Digər xəstəliklərdən talassemiya ilə mübarizəyə 22,6 milyon manat, hemofiliya xəstəliyi üzrə mübarəzəyə 12,8 milyon manat, qanın bədxassəli xəstəlikləri ilə mübarizəyə 6,9 milyon manat, yoluxucu xəstəliklərin immunoprofilaktikasına 6,8 milyon manat, İİV/QİÇS‐in qarşısının alınması və onunla mübarizəyə 6 milyon manat ayrılacaq.Qeyd edək ki, adıçəkilən xəstəliklərin müalicəsinə böyük məbləğdə vəsaitin ayrılmasına səbəb həmin xəstəliklərin genişlənməsidir. Xüsusən şəkərli diabet və xərçəng xəstəliyinin daşıyıcılarının sayının sürətlə artması müşahidə edilir