Milli Məclisdə pensiya yaşı ilə bağlı MÜHÜM TƏKLİF

0
461
Milli Məclisdə pensiya yaşı ilə bağlı MÜHÜM TƏKLİF

Mən bu qanun layihəsinin birinci oxunuşu zamanı suallar qaldırdım, ancaq cavab almadım. Musa müəllim burada vacib məlumat səsləndirdi. Bildirdi ki, əhalinin 7 faizi 65 yaşdan yuxarıdır. Başqa sözlə, 7% əhalimiz pensiya alır. Bu onu göstərir ki, orta ömür aşağıdır. Deməli, pensiya yaşını aşağı salmaq lazımdır.

Bu sözləri parlamentdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev səsləndirib.

O deyib ki, bir çox həmkarları qanun layihəsini mütərəqqi layihə kimi təqdim edir: “Məlum olur ki, əmək qabiliyyətini 31-60 faizə qədər itirənlər I, 61-80 faiz itirənlər II, 80 faizdən 100 faizə qədər itirənlər I qrup əlil adlandırılacaq. Biz bilmirik ki, II qrup əlillik almaq üçün vətəndaş əmək qabiliyyətinin neçə faizini itirməlidir”.

Q.Həsənquliyev bildirib ki, bu qanun layihəsi ilə yanaşı, maliyyə əsaslandırması da təqdim olunmalı idi: “Biz bilməliyik ki, bu qanunun qəbul edilməsi ilə əlillərin sayı artacaq, yoxsa azalacaq. Biz bilməli idik ki, real vəziyyət nədən ibarət olacaq və nəyə səs verəcəyik. Nəzərə alın ki, sabah biz seçicilərlə görüşə gedəcəyik və suallarla üzləşəcəyik”.