Rusiya Prezidenti Vladimir Putin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayini Moskvaya gətirmək üçün şəxsi təyyarəsini Tehrana göndərib.
Bu barədə “İranlı jurnalistin gündəliyi” “Telegram” kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, Rezayini Rusiyanın paytaxtında dövlət başçısı səviyyəsində ehtiramla qarşılayıblar.
Həmçinin bildirilib ki, danışıqlar zamanı Putin İrana Rusiya ilə Çin arasında əməkdaşlığın xarakterinə uyğun, tam və məhdudiyyətsiz dəstək vəd edib.



