“İnter Mayami”nin hücumçusu Lionel Messi ardıcıl iki mövsümdə ən çox qol vuran ilk MLS oyunçusu olub.
39 yaşlı argentinalı oyunçu cari mövsümdə 31 oyunda 26 qol vurub və 13 məhsuldar ötürmə edib. Bu göstərici ilə o, 30 oyunda 22 qol vuran “Dallas” ın oyunçusu Petar Musanı qabaqlayıb.
Ötən mövsüm Messi 29 qolla ən çox qol vuran oyunçu olmuşdu.



