Zəlzələ anında nə etməli? – Həyat qurtaran 3 addım

0
14

İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra müvafiq qurumlar vətəndaşlara vacib xəbərdarlıq və tövsiyələrlə müraciət ediblər.Zəlzələ anında və sonrasında atılmalı olan addımları açıqlayan qurumlar hər kəsi soyuqqanlı və hazırlıqlı olmağa çağırıb.

Bəs, zəlzələ zamanı ilk nə etməliyik?

Zəlzələ anında aşağıdakı addımlar həyati əhəmiyyət daşıyır:

Sakit olun və panika etməyin. Əgər bina evində yaşayırsınızsa, “çök, ört, tut” prinsipini tətbiq edin: yəni əyilin, başınızı qoruyun və sabit bir yerə tutunun.

Pəncərələrdən və asılan əşyalardan uzaq durun.
Liftlərdən istifadə etməyin.
Açıq sahədəsinizsə, ağaclar, elektrik dirəkləri və binalardan uzaqlaşın.

Zəlzələdən sonra diqqət yetirilməli məqamlar:

Binanı tərk etmədən əvvəl qaz, su və elektrik xətlərini yoxlayın.
Mümkün qədər səs-küylə xilasedicilərə yerinizi bildirin.
Telefon xətlərini yükləməmək üçün yalnız vacib hallarda istifadə edin.
Rəsmi mənbələrdən gələn xəbərləri izləyin və dezinformasiyalara aldanmayın.