Jurnalist və şair Pənah Rüstəm vəfat edib.
Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat verib.
Bildirilib ki, Pənah Rüstəm uzun sürən xəstəlikdən sonra aprelin 22-də 69 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Pənah Rüstəm AZTV-də, “Bakı-Baku”, “Vışka” qəzetlərində, MPA İnformasiya Agentliyində müxtəif vəzifələrdə çalışıb.