Hər beş kişidən biri qidalanma pozuntusundan əziyyət çəkir.
Beynəlxalq alimlər qrupu Kanada ilə ABŞ-da gənc kişi və yeniyetmələrin (15-35 yaş arası) 21%-dən çoxunun qidalanma pozuntusunun meyarlarına cavab verdiyini müəyyən edib.
Araşdırma “Eating Behaviors” jurnalında dərc olunub.
1500-dən çox respondentin iştirak etdiyi sorğunun təhlili əsasında tədqiqatçılar müəyyən ediblər ki, ən çox rast gəlinən problem bulimiya (5,8%), ən az rastlanan isə anoreksiyadır (0,34%).
Daha yüksək bədən kütləsi indeksi pozuntunun daha kritik həddə olması ilə əlaqələndirilib.
“Kişilər, xüsusən də artıq çəkisi olanlar risk altındadırlar”, – deyə araşdırmanın aparıcı müəllifi Kayl T. Ganson bildirib.