Səftər Hacıyev vəzifəsindən azad edildi, yerinə təcrübəli zabit Ramin Əhmədov gətirildi. Uzun illər xidmət edən rəis dəyişdirildi – yeni təyinat strukturda nəyi dəyişəcək?
Prezidentin Təhlükəsizlik Xidmətində kadr dəyişikliyi baş verib. Daha əvvəl şöbə rəisi vəzifəsində çalışan Səftər Hacıyev öz vəzifəsindən azad edilib. Onun yerinə isə uzun illər həmin şöbədə bu xidmətdə fəaliyyət göstərən təcrübəli əməkdaş Ramin İbrahim oğlu Əhmədov təyin olunub.
Ramin Əhmədovun Təhlükəsizlik Xidmətində geniş təcrübəsi və peşəkarlığı qeyd edilir. Bu qərarın strukturun effektivliyini artırmaq və təhlükəsizlik sahəsində davamlılığı təmin etmək məqsədi daşıdığı bildirilir.
Dəyişikliklə bağlı rəsmi açıqlamalarda yeni təyinatın Prezidentin Təhlükəsizlik Xidmətinin işində yeni mərhələyə kömək edəcəyi vurğulanır.