Fizuli Musayev – Mərd Zabit, Vətənə Sadiq Ağsaqqal

0
238

Azərbaycanın igid vətən oğulları arasında öz mərdliyi, ləyaqəti, dövlətə və millətə sədaqəti ilə seçilən zabitlərdən biri də Fizuli Musayevdir. O, təkcə zabit forması ilə deyil, həyat tərzi, əqidəsi və davranışı ilə də örnək bir şəxsiyyətdir. Fizuli Musayev Gəncənin və bütöv Azərbaycanın fəxri olaraq, yalnız bir hərbiçi deyil, eyni zamanda cəmiyyətin mənəvi dayağı, gənclərin yol göstərəni, idmançıların əziz ağsaqqalı kimi tanınır. O, uzun illərdir ki, dövlətçiliyimizin keşiyində mətinliklə dayanmaqla yanaşı, millətinə, xalqına, xüsusilə də gənclərə sonsuz diqqət və qayğı göstərməklə böyük nüfuz qazanmışdır. Onun rəhbərlik etdiyi, iştirak etdiyi hər bir prosesdə vətənpərvərlik, sadiqlik, dürüstlük və ədalət prinsipləri üstünlük təşkil edir. Fizuli Musayevin timsalında Azərbaycan əsgəri və zabiti yalnız hərbi gücü ilə deyil, mənəvi zənginliyi ilə də seçilir.

Ən böyük xüsusiyyətlərindən biri də idmana və idmançılara göstərdiyi xüsusi diqqətdir. O, hər bir gəncin sağlam ruhda böyüməsi, ölkəsinə layiqli vətəndaş kimi yetişməsi üçün daim dəstək verir, şərait yaradır, yol göstərir. Bu diqqət və qayğı sayəsində bir çox gənc idmançı vətənə, dövlətə bağlılıq hissini Fizuli Musayevin timsalında öyrənmişdir.

Fizuli Musayevin sarsılmaz sədaqəti və fədakarlığı, xüsusilə Ali Baş Komandanımıza olan inam və bağlılığı onun dövlətə xidmət fəlsəfəsinin ayrılmaz hissəsidir. O, sadəcə əmrə tabe olan hərbçi deyil, həm də ölkənin gələcəyi naminə düşünən, fəaliyyət göstərən bir ziyalıdır. Zabitlik bir peşə olmaqla yanaşı, həm də məsuliyyət, şərəf və vicdan işidir. Fizuli Musayev bu ali dəyərləri öz varlığında cəmləşdirərək, bir zabit kimi təkcə əmrləri yerinə yetirmir, həm də nümunəvi vətəndaş kimi cəmiyyətə töhfə verir. Onun fəaliyyəti təkcə orduda deyil, eyni zamanda cəmiyyətin müxtəlif sahələrində – sosial, idman, mədəniyyət və gənclər siyasətində də hiss olunur.

Belə zabitlər sayəsində Azərbaycan Ordusu qalib, xalqımız məğrur, gənclərimiz isə güclü ruhlu olur. Fizuli Musayev kimi ziyalı, vətənsevər, mərd zabitlər daim cəmiyyətin güzgüsünə çevrilir, öz həyatları ilə minlərlə insana yol göstərirlər.

Ona can sağlığı, möhkəm iradə və uzun ömür arzulayırıq. Çünki bu xalqın Fizuli Musayev kimi ağsaqqal, mərd və vətənpərvər oğullara daim ehtiyacı var!

Hüquqşünas
Əli İbrahimov