BMT rəsmisi: “Ukraynadan taxıl daşıyan gəmilərdə qeyri-qanuni yüklər aşkar edilməyib”

0
194

BMT gəmi sahiblərinin Ukrayna taxılının ixracında iştiraka böyük marağı olduğunu qeyd edir.

Bunu çərşənbə günü brifinqdə BMT-nin İstanbuldakı Birgə Koordinasiya Mərkəzindəki müvəqqəti nümayəndəsi Frederik Cey Kenni deyib.

BMT sözçüsü bildirib ki, İstanbuldakı mərkəz qida ixracı ilə məşğul olan gəmiləri yoxlamaq üçün lazım olan vaxtın azaldılmasını nəzərdən keçirəcək.

Onun sözlərinə görə, indi yoxlamalar iki saatdan dörd saata qədər vaxt aparır.

Həmçinin, BMT nümayəndəsi bəyan edib ki, taxıl ixracı əməliyyatı zamanı qeyri-qanuni yüklər aşkar edilməyib.