Qarabağda erməni əsgərlər özlərini ağır yaraladılar

0
221

Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi ərazidə iki erməni əsgər silahla ehtiyatsız davranma nəticəsində ağır yaralanıb.

Avqustun 8-də müqaviləli hərbi qulluqçular Qurgen Danielyan və Artur Aruşanyan silahdan (partlayıcı) istifadə qaydalarını pozduqları üçün xəsarət alıblar. Yaralıların vəziyyəti ağır qiymətləndirilir. Təfərrüatın aydınlaşdırılması üçün araşdırma aparılır.

Mənbə: Sputnik Ermənistan