Piano Festivalı Bakıda müxtəlif səhnələrdə davam edir – FOTO

0
339

Bakıda Birinci Piano Festivalı çərçivəsində növbəti konsertlər keçirilib.

“Gəncliyə Dəstək” layihəsinin iştirakçılarının Katolik kilsınin (Kırxa) səhnəsində konserti baş tutub.

Gənc istedadlar Hüseyn Niftəliyev, Ömər Həsənli, Turan Cəfərzadə, Nil Mürsəlova, Umay İbrahimli, Rinat Şərifli, İnci Həsənli, Fidan Nağıyeva, Əsgərli İqan, Aylin Babayeva, Əli Vəliyev və Mirsəməd Növrəsli dirijor Valid Ağayevin rəhbərliyi altında Qara adına Azərbaycan Dövlət Kamera Orkestri ilə birgə bir sıra klassik musiqi əsərləri ifa ediblər.

Festival çərçivəsində “YARAT” mərkəzinin səhnəsində Kəmalə Əlizadənin və Stefano Muskaritolonun musiqi gecəsi də tamaşaçılara xoş anlar bəxş edib.

“Orange Groove”da keçmiş Bakı sakini, cazmen Vadim Abramovun və Qırğızıstandan olan tanınmış caz pianoçusu Vikram Ruzaxunovun da konsertləri keçirilib.