Xankəndidə möhtəşəm bayram konserti keçirildi – Foto

20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü münasibətilə konsert keçirilib.

Mədəniyyət Nazirliyi, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkil etdiyi konsert Xankəndi şəhərinin mərkəzi meydanında gerçəkləşib.

Əvvəlcə Xankəndi, Xocalı və Ağdərədə aparılan bərpa və yenidənqurma işləri, eləcə də vətəndaşların doğma yurdlarına qayıdışı ilə bağlı videoçarx nümayiş etdirilib.

Daha sonra tanınmış incəsənət nümayəndələri və Qarabağ Universiteti müəllimlərinin iştirakı ilə konsert proqramı təqdim olunub, bəstəkar və xalq mahnılarımız səsləndirilib.

Bayram konsertini TÜRKSOY-un baş katibi Sultan Raev, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Mədəniyyət Nazirliyinin məsul əməkdaşları və şəhər sakinləri izləyiblər.
Bütün ifalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsert proqramının sonunda atəşfəşanlıq olub.

Photo
Photo
Photo
Photo
Photo