Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, qışa qədər Rusiya ilə danışıqların aparılması üçün imkan pəncərəsi mövcuddur.
O, bu barədə “CBS News”a müsahibəsində danışıb.
Zelenski qeyd edib ki, növbəti qışa qədər tərəflərin masa arxasına əyləşərək diplomatik həll yollarını müzakirə etməsi vacibdir.
Onun sözlərinə görə, mümkün danışıqların uğuru ilk növbədə Moskvaya ediləcək təzyiqdən asılı olacaq.
Ukrayna lideri Avropa tərəfindən vasitəçi qismində Britaniya, Fransa və Almaniyanın çıxış edə biləcəyini bildirib.
“Bunun ən yaxşı format olub-olmadığını bilmirəm, lakin hesab edirəm ki, bu ölkələr Avropanı təmsil edə bilərlər”, – deyə Zelenski vurğulayıb.
O əlavə edib ki, əsirlərin geri qaytarılması prosesində müəyyən nəticələr əldə edilən Türkiyə də vasitəçi rolunu oynaya bilər. Zelenski Şimali Avropa ölkələrini də Ukraynanın etibarlı tərəfdaşları sırasında göstərib.




