Qara dənizdə gəmi batdı: 12 türk dənizçi itkin düşdü

Qara dənizdə, Bolqarıstan sahilləri yaxınlığında Somali bayrağı altında üzən “BETUL 8” adlı yük gəmisi batıb.

Bu barədə Bolqarıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.

Rumıniyadan Misirə təxminən 3 min ton buğda daşıyan gəmi təcili yardım çağırışı göndərdikdən sonra batıb. Hadisə nəticəsində göyərtədə olan 12 türk heyət üzvü itkin düşüb.

Bolqarıstan mediasının iddiasına görə, 1988-ci ildə inşa edilən gəmi partlayışdan sonra batıb. Bölgəyə Bolqarıstandan iki, Rumıniya və Türkiyədən isə bir gəmi göndərilib.

Hadisənin səbəbi araşdırılır.