Sürücülərə duman xəbərdarlığı

Azərbaycanın avtomobil yollarında noyabrın 16-da müşahidə ediləcək vəziyyət açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Noyabrın 16-da ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.