Səhər yeməyini qəhvə ilə əvəz edənlərin DİQQƏTINƏ: Həkim riskləri açıqladı

Səhər yeməyində yalnız qəhvə içmək sağlamlıq üçün müəyyən risklər yarada bilər

Bu barədə rusiyalı həkim-endokrinoloq Viktoriya Sadovskaya “RT” nəşrinə müsahibəsində xəbərdarlıq edib.

Həkim bu vərdişin hansı sağlamlıq problemlərinə səbəb ola biləcəyindən danışıb.

Viktoriya Sadovskaya qeyd edib ki, səhər yeməyindən imtina etmək öz-özlüyündə maddələr mübadiləsini yavaşlatmır və ya çəki artımına səbəb olmur. Lakin onun sözlərinə görə, səhər yeməyini tam qida qəbulu ilə əvəz etmək əvəzinə yalnız qəhvə içmək narahatlıq hissini artıra və ürək döyüntüsünü sürətləndirə bilər.

Mütəxəssis bildirib ki, bu cür yan təsirlər kofeinin sinir sistemini stimullaşdırması ilə əlaqədardır.

Bundan əlavə, Viktoriya Sadovskaya vurğulayıb ki, qəhvə mədədə xlorid turşusunun ifrazını stimullaşdırır. Bu isə mədə yanmasına meyilli insanlarda həmin simptomun yaranması və ya güclənməsi riskini artırır.

Eyni zamanda, həkim acqarına qəhvə içməyin mədə xorası və ya qastrit kimi xəstəliklərə səbəb olması barədə geniş yayılmış fikri mif adlandırıb. /oxu.az/