İndoneziyanın Papua əyalətində İkinci Dünya müharibəsindən qaldığı ehtimal edilən sursatın partlaması faciəyə səbəb olub.
Yerli medianın məlumatına görə, hadisə nəticəsində 5 nəfər həyatını itirib, 19 nəfər yaralanıb.
Yerli polis partlayışın bomba və ya minaatan mərmisindən qaynaqlandığını bildirib.
Məlumata görə, itkin düşən 3 nəfər axtarılır. Həmçinin ərazidə tapılan meyitlərin bəzilərinin şəxsiyyətləri hələ müəyyən olunmayıb.




