Səudiyyə Ərəbistanına növbəti hava hücumu – PUA ələ keçirildi

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası ölkəyə hücum edən husilərə məxsus pilotsuz uçuş aparatının (PUA) ələ keçirildiyini bəyan edib.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Koalisiya Səudiyyə Ərəbistanının Şərq əyalətində PUA-nın ələ keçirilərək məhv edildiyini bildirib”, – deyə məlumatda qeyd olunub.

Hücumla bağlı digər təfərrüatlar açıqlanmayıb.

Bundan əvvəl husilər Səudiyyə Ərəbistanının paytaxtındakı hava limanına zərbə endirmişdilər.

“Silahlı qüvvələrimiz Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına üç qanadlı raketlə zərbə endirə bilib”, – husilərin hərbi nümayəndəsi Yəhya Səriya bildirib.