Pan Amerika Səhiyyə Təşkilatı ABŞ-ni qızılca xəstəliyinin endemik ötürülməsini aradan qaldıran ölkə statusundan məhrum edib.
Bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, 2026-cı ildə ABŞ-də 5400-dən çox qızılca xəstəliyi qeydə alınıb. Bu, bir neçə onillikdə ən yüksək göstəricidir. Təkcə noyabr ayında Pensilvaniya, Nyu-York və Viskonsin ştatlarında əlaqəsiz epidemiyalar nəticəsində beş ölüm hadisəsi qeydə alınıb.
ABŞ genişmiqyaslı peyvənd kampaniyaları sayəsində 2000-ci ildə qızılca xəstəliyinin aradan qaldırmış və müvafiq statusa nail olmuşdu. Lakin son altı ildə qızılca, parotit və məxmərək əleyhinə peyvənd olunmuş uşaq bağçalarına gedən uşaqların nisbəti 95,2%-dən 92,4%-ə düşüb.
Bu statusu bərpa etmək üçün ABŞ ən azı 12 ay ərzində virusun davamlı ötürülməsinin dayandırılmasına nail olmalıdır. Qəzet qeyd edir ki, bu, illər çəkə bilər.



