Venesuela baş vermiş zəlzələdən sonra ölkənin bərpası məqsədilə Beynəlxalq Valyuta Fondundakı aktivlərinin bir hissəsinə çıxış əldə edib.
Bu barədə ölkə prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges özünün “Telegram” kanalında məlumat paylaşıb.
“Venesuela faciədən sonrakı yenidənqurma və bərpa işlərinə yönəldilmək üçün ilk mərhələdə Beynəlxalq Valyuta Fondundan özünə məxsus olan vəsaitlərdən 346 milyon dollar alıb”, – deyə ölkə rəhbəri bildirib.
Ayrılmış maliyyə vəsaiti evsiz qalmış və zərər çəkmiş ailələrə dəstək göstərilməsi, həmçinin infrastrukturun yenidən qurulması üçün xərclənəcək.
Xatırladaq ki, Venesuelada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayının beş min nəfəri keçdiyi barədə məlumat verilib.




