Torpağı Vətənə çevirənlər

Rəşid Nəzurllayev  Qəzənfər  oğlunun Vətən müharibəsində şəhid olmasının 5- ci ildönümü qeyd olunub.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş Rəşid Nəsrullayev  Qəzənfər oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən 5 il keçir. Bu münasibətlə şəhid ailələri, qazilər,ilahiyyatçılar qəsəbə sakinləri , şəhidin təhsil aldığı məktəbin kollektivi tərəfindən onun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. 

Şəhid əsgər Nəsrullayev Rəşid Qəzənfər oğlu 1993 ci il İyul ayının 11-i Qəbələ rayonu Nic qəsəbəsində anadan olmuşdur. Orta təhsilini Qəbələ rayonu Nic qəsəbə 4 saylı tam orta məktəbdə almışdır. 2011 ci ildə həqiqi hərbi xidmətə getmiş, Qazax rayonunda yerləşən N saylı hərbi hissədə yerinə yetirmişdir. Şəhid Nəsrullayev Rəşid 2020 ci il 21 sentyabrda olan təlimlərə qatılmış, 27 sentyabrda başlanan İkinci Qarabağ müharibəsində bir neçə yerin düşməndən  azad olunmasında yaxından iştirak etmişdir. Rəşid Nəsrullayev  2020 ci il noyabr ayının 2-si Ağdərə rayonu ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəbələ rayonu Nic qəsəbə qəbristanlığında dəfn olunub

Allah rəhmət etsin.

 Allah rəhmət eləsin Şəhidlərimizə 

Təranə Alməmmədova.
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB Qəbələ numayəndliyi rəhbəri.