Rusiyada güclü zəlzələ oldu

Rusiyanın Kamçatka bölgəsində – Berinq adası akvatoriyasında 6 bal gücündə zəlzələ olub.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Yeraltı təkanlar Petropavlovsk-Kamçatskdən 483 kilometr aralıda, Nikolskoye yaşayış məntəqəsinin yaxınlığında baş verib. Seysmik hadisənin episentri təxminən 28 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntı və itki qeydə alınmayıb.