Ölkədə 18 yaşadək anaların sayı AÇIQLANDI

Hər il erkən evliliklərin sayı 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı ilə müəyyən edilir. 

Bu barədə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri  üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatında bildirilib.

Bildirilib ki, 2025-ci ildə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 877 nəfər olub. 2024-cü illə müqayisədə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 402 nəfər azalaraq 1279-dan 877-yə düşüb./unikal.az