Amerikanın Kaliforniaya ştatında meşə yanğınları genişlənərək yaşayış məntəqələrinə doğru irəliləyib.
Los-Ancelesə yaxın Santa Susana və Simi Vadisi bölgələrində təhlükənin artması səbəbindən onminlərlə sakin təxliyə edilib.
Rəsmilərin məlumatına görə, ən böyük yanğın ocağı təxminən 6000 hektardan çox ərazini əhatə edir və güclü külək alovun sürətlə yayılmasına şərait yaradır.
Artıq bir neçə yaşayış evinin zərər gördüyü bildirilir, lakin xəsarət alanlarla bağlı rəsmi məlumat hələ yoxdur.




