Merilin Monronun müəmmalı ölümü:intihar, yoxsa sui-qəsd? – Maraqlı faktlar

Populyar mədəniyyətin ən böyük ikonlarından olan Merilin Monro, doğumunun 100-cü ildönümündə də arxasında qoyduğu sirlər, ziddiyyətlər və sui-qəsd nəzəriyyələri ilə dünya gündəmindəki yerini qoruyur.

1926-cı il iyunun 1-də Norma Ceyn Mortenson adı ilə dünyaya gələn və cəmi 36 yaşında həyata gözlərini yuman əfsanəvi aktrisanın faciəli taleyi, Hollivudun parıltılı işıqlarının arxasındakı kəşfiyyat, mafiya və siyasət sarmalını yenidən diqqət mərkəzinə gətirib.

1962-ci ilin avqustunda rəsmi qeydlərə “ehtimal olunan intihar” kimi düşən bu ölüm ətrafındakı şübhələri araşdırmaq üçün 1982-ci ildə Los-Anceles prokurorluğu işi yenidən açıb. Məşhur ingilis jurnalist Entoni Summersin illərlə davam edən araşdırmaları qətl iddialarını zəiflətsə də, dövlət səviyyəsində həyata keçirilən böyük bir “ört-basdır” əməliyyatını üzə çıxardı.

Summers prosesi belə xülasə edir: “Onun öldürüldüyünə dair heç bir sübut tapmadım, lakin ölüm şəraitinin gizlədildiyini sübut edən faktlar aşkar etdim. Bu izlər birbaşa aktrisanın Kenedi qardaşları ilə olan gizli əlaqələrinə dayanırdı”.

Merlin Monro haqqında şok iddia - Kennediyə mahnı oxuyarkən… - Fotolar

İddialara görə, ulduz aktrisa dönəmin ABŞ prezidenti Con Kenedi və onun ədliyyə naziri olan qardaşı Robert “Bobbi” Kenedi ilə romantik münasibətdə olub. Lakin Monronun sol meyilli baxışları və Ağ evin ən yüksək eşalonu ilə yaxınlığı Pentaqon və FTB tərəfindən “təhlükəsizlik təhdidi” kimi qəbul edilib.

Aktrisanın evi və Malibudakı malikanəsi addım-addım izlənərək dinləmə cihazları ilə təchiz olunub. Hətta mafiya qruplaşmaları da ədliyyə nazirinə qarşı şantaj materialı əldə etmək üçün bu prosesə daxil olub. Bu dözülməz təzyiq fonunda Kenedi qardaşları Monrodan qəfil uzaqlaşıblar.

Dinləmə qeydlərinə düşən son telefon danışıqlarının birində Monronun yaxın dostuna dediyi bu sözlər onun necə bir alətə çevrildiyini göstərir: “Özümdən istifadə olunmuş kimi hiss edirəm. Özümü sadəcə bir ət parçası kimi, əldən-ələ gəzən bir əşya kimi hiss edirəm”.

Идеи на тему «Merlin Monro» (50) | мэрилин монро фото, мэрилин монро,  голливуд

Rəsmi hesabatlarda xidmətçinin avqustun 5-i saat 03:00-da otağın işığını görüb həkim çağırdığı qeyd olunsa da, ekspertizalar Monronun əslində 4 avqust şənbə günü saat 23 radələrində öldüyünü subut edir. Aradakı saat fərqinin isə tamamilə siyasi məqsəd daşıdığı məlum olub.

Aktrisanın bərbəri və yaxın çevrəsinin ifadələrinə görə, həmin gün günorta saatlarında Robert Kenedi Monronun evində olub və aralarında şiddətli mübahisə yaşanıb. Ölüm xəbərinin saatlarla gecikdirilməsinin əsas səbəbi Robert Kenedinin Los-Ancelesdə olduğunu gizlətmək və onun şəhərdən təhlükəsiz şəkildə ayrılmasını təmin etmək olub. Yara və zorakılıq izi tapılmayan meyitdə həddindən artıq dozada yuxu dərmanı aşkar edilib ki, bu da ölümün dəhşətli bir qəza və ya bədbəxt hadisə olduğunu göstərir.

Ölümündən 100 il keçməsinə baxmayaraq, Merilin Monro bu gün də kapitalist istehlak bazarının ən böyük materiallarından biridir. Lakin tədqiqatçılar onun sadəcə “sarışın pop ikonu” olmadığını; çox mütaliə edən, siyasətlə maraqlanan, intellektual bir sənətçi olduğunu vurğulayırlar. Sistem təzyiqinə məğlub olan Monronun ölmazdən əvvəl verdiyi son müsahibəsindəki bu sözləri onun real harayı idi:

“Lütfən məni bir zarafata çevirməyin… Zarafat edilməsindən narahat deyiləm, amma insanların mənə bir lağ obyekti kimi baxmasını istəmirəm. Mən bir sənətçi olmaq istəyirəm. Dürüstlüyünü qoruyan bir aktrisa olmaq istəyirəm”.