“Facebook”un işində nasazlıq yarandı

Dünyanın ən çox istifadə olunan sosial şəbəkələrindən biri olan “Facebook”un işində nasazlıq yaranıb.

Platforma daxilində qlobal miqyasda böyük çökmə qeydə alınmasa da, bəzi istifadəçilər hesablarına daxil olmaq istəyərkən sistemin donması problemi ilə qarşılaşıblar.

Hesablarına giriş etməyə çalışan istifadəçilər brauzerin ünvan sətrində yönləndirmə xətası ilə üzləşiblər.

İstifadəçilərin ekranında aşağıdakı xəbərdarlıq peyda olub: “Hesaba müvəqqəti olaraq giriş mümkün deyil. Saytdakı nasazlıq səbəbindən hazırda hesabınıza giriş etmək mümkün deyil. Bu problemin qısa müddətdə həll olunacağını ümid edirik. Xahiş edirik, bir neçə dəqiqə sonra yenidən cəhd edin”.