Dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılıb

Polis əməkdaşlarının iyulun 18-də və 19-da keçirdiyi əməliyyat tədbirləri nəticəsində axtarışda olan 12 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin şəxslər dələduzluq əməllərinə görə axtarışda olublar.

Həmin şəxslər saxlanılaraq istintaqa təhvil verilib.