Bakı-Qəbələ-Bakı qatarları ilə Kürdəmirə getmək mümkün olacaq

Mayın 16-dan başlayaraq Bakı-Qəbələ-Bakı xətti ilə hərəkət edən qatarlar Kürdəmir stansiyasında da dayanacaq.

Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti (QSC) məlumat yayıb.

Bildirilib ki, bununla da, ADY-nin bütün rayonlararası marşrutları ilə Kürdəmirə səfər etmək mümkün olacaq.