Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Samir Səfərov Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatının Füzuli Hava Limanının Xətt Polis Məntəqəsinə rəis vəzifəsinə təyin edilib.
O, bu təyinata qədər Füzuli Rayon Polis Şöbəsində çalışıb.