Sentyabrın 26-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək.
Güclü şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-18, gündüz 19-22, Bakıda gecə 16-18, gündüz 20-22 dərəcə olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Şimal-şərq rayonlarında güclü olacağı, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Səhər dağlarda duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-17, gündüz 21-25, dağlarda gecə 4-7, gündüz 9-14 dərəcə olacaq.