Britaniya “Taliban”la işləməyə hazırdır

0
333

Britaniyanın Baş naziri Boris Conson Əfqanıstandakı böhranın siyasi və diplomatik həlli yollarını tapmaq üçün “Taliban”la işləməyə hazır olduğunu bəyan edib.

Hökumət başçısı bu barədə “Sky News” telekanalının efirində danışıb.

O, taliblərin vədlərini yerinə yetirmək istəyində olmaları ümidilə hərəkatın hazırki bəyanatlarına inanmağı mümkün sayıb.

Conson Əfqanıstanın yeni hakimiyyətini onun davranışlarına uyğun qiymətləndirəcəklərini bildirib.