Dünən 58 nəfər toya buraxılmayıb

0
333

Avqustun 20-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində səkkiz toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, monitorinq 6 şadlıq sarayında, iki şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

– Üç nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; 

– 58 nəfər COVID pasportu olmadığına görə şənliyə buraxılmayıb.