Roma Papası futbola görə protokolu pozdu – FOTO

0
292

Roma Papasının Vatikandakı ənənəvi moizəsi qeyri-adi tərzdə başa çatıb.

Bu barədə İtaliya KİV-i məlumat yayıb.

Bir qayda olaraq, Fransisk mərasim iştirakçılarını şəxsən salamlayır. Bu dəfə isə o, daha uzağa gedərək onlardan biri ilə stolüstü futbol oynamaq qərarına gəlib.

Bu məqsədlə müqəddəs Pyotr məbədinin VI Pavel zalına oyun masası gətirilib.

Papa gülümsəyərək bir müddət yerli gənclərin sevimli oyununu oynayıb.