Bakıda koronavirusa yoluxma faizi ilə bağlı XƏBƏRDARLIQ

0
335

“Bu gün ölkə üzrə koronairusa yoluxmanın 52 faizi Bakı şəhərinin payına düşür”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində deyib.

O qeyd edib ki, iyun-iyul aylarında aparılan test nümunələrinə əsasən, yoluxma faizi 10 faizin altında olurdusa, bu gün ölkə üzrə yoluxma faizi 25-dən yuxardır:

“Yoluxma faizində artım müşahidə edilir. İntensiv terapiya və reanimasiyalarda xəstələrin sayı iki dəfə çoxdur. Bu da bəzi tədbirlərin görülməsi üçün işarələrdir”.